İranlı diplomatlar Azərbaycanı tərk etdilər - FOTO
Gündəm
7 Aprel 2023 16:47

Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunan İran səfirliyinin əməkdaşları Azərbaycanı tərk edib. Avtosfer.az” Report-a istinadən xəbər verir ki, diplomatlar Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İrana daxil olublar.
Bununla da İranın Azərbaycandakı səfirliyinin əməkdaşları - Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin Azərbaycandan çıxarılması işləri başa çatıb.
Diplomatlarla yanaşı onların ailə üzvləri də Azərbaycanı tərk ediblər.
Xatırladaq ki, aprelin 6-da İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.
İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub.





Oxunub : 1072
DİGƏR XƏBƏRLƏR
22 Sentyabr 2026 21:27
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
22 Sentyabr 2026 20:45
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
22 Sentyabr 2026 19:30
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
22 Sentyabr 2026 19:01
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
22 Sentyabr 2026 18:05
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
22 Sentyabr 2026 12:18
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
21 Sentyabr 2026 20:45
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
21 Sentyabr 2026 17:46
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
21 Sentyabr 2026 17:16
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
21 Sentyabr 2026 16:18
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
21 Sentyabr 2026 14:18
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
21 Sentyabr 2026 11:30
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
ŞƏRH YAZ











