İşdən çıxarılan nazir müavini: "Prezidentimizin quluyam...”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin ötəngünkü sərəncamları ilə İntiqam Babayev və İsmayıl İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.
Avtosfer.az-ın məlumatına görə, İsmayıl İsmayılov Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən sərəncam onun üçün gözlənilməz olub: "Buna baxmayaraq, mən ömrümün sonunadək Prezidentimizin quluyam. Ölkə başçısının yolunda hər şeyə hazıram. 15 il nazir müavini postunda oldum.
Bundan böyük nə ola bilər? Əbədi heç nə yoxdur. Bu gün mən deyərdim ki, ölkədə bütün inkişaf onun sayəsində gedir. Son 300 ildə bizim torpaqlarımız alına-alına gedirdisə, bu gün onun sayəsində işğal olunan ərazilərimiz düşmən tapdağından azad olunub. Allah Prezidentimizi qorusun”.
Keçmiş nazir müavini bundan sonra hansı işlərlə məşğul olacağından da danışıb: "Pedoqoji elmlər namizədi alimlik dərəcəsinə və Professor elmi adına layiq görülmüşəm. Bundan sonra elimi işlərlə məşğul olacağam”.
Xatırladaq ki, dövlət başçısının digər sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?












