İşimizi asanlaşdiran taksi şirkətləri şəxsi məlumatlarimizi ələ keçirir? - AÇIQLAMA

Taksidən istifadə edənlər, məlumatlarınız Rusiyanın təhlükəsizlik sisteminə oturacaq. Azərbaycanda kimlə maraqlansalar, məlumatını toplaya bilərlər. "Yandex Taxi” də daxil olmaqla digər taksi sifarişi xidmətlərinin istifadəçilərinin məlumatları FTX üçün 24 saat əlçatan olacaq. Qərar nəinki Rusiyada olan istifadəçilərə, eləcə də “Yandex Taxi”nin fəaliyyət göstərdiyi, eləcə də “Yandex” məhsulu olan digər xidmətlərin istifadəçilərinə də şamil olunacaq.
Sözügedən xidmətlərdən Azərbaycanda da istifadə edilir. Belə ki, ölkədə fəaliyyət göstərən Uber və Yango taksi sifarişi xidmətləri məhz “Yandex” məhsuludur. Azərbaycan ayrıca taksi brendi yaratmalıdır.
Nəqliyyat eksperti Elməddin Muradlı sosial şəbəkələrdə edilən paylaşımlara münasibət bildirib. "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bunu rəsmi şəkildə açıqladı və xəbərdarlıq etdi ki, belə hallara yol verilməsin. Məlumatlar 3-cü tərəfə ötürülməsin. Bunlar qanunlardakı boşluqdur, müasir texnologiyaların yaratdığı bir problemdir".
Ekspert “İnformator.az” vasitəsilə vətəndaşları diqqətli olmağa çağırır. Bildirir ki, tək bizim ölkədə deyil, bir çox ölkələrdə bu problemin həlli istiqamətində müəyyən addımlar atılır. "Əsas hədəf ondan ibarətdir ki, bu şirkətlər qarşısında məsələ qoyulandan sonra və onların fəaliyyətinə nəzər edilirsə, o zaman artıq məsələ həllini tapır, sadəcə xəbərdarlıqla kifayətlənəcəksə, sözsüz o şirkətlər özlərini düzəltmir".
Elməddin Muradlı şirkətlərin bəzilərinin rəhbərləri arasında erməni iş adamlarının olduğunu və bunun da böyük təhlükə hesab edildiyini diqqətə çatdırır. "Bunun qarşısı mütləq xüsusi xidmət orqanları tərəfindən alınmalı və onlara sərt xəbərdarlıq olunmalıdır ki, belə hallara yol verdikdə ölkədə fəaliyyəti dayandırılacaq".
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT










