İstanbul–Tehran–İslamabad dəmiryolu xətti işlək vəziyyətə gətirilməlidir - Ərdoğan

İstanbul – Tehran – İslamabad dəmiryolu xətti işlək hala gətirilməlidir.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri Şahbaz Şəriflə görüşündə deyib.
O bildirib ki, Türkiyə və Pakistan qarşılıqlı ticarət həcmini beş milyard dollara çatdırmaq üçün addımlar atmağa davam edəcəklər.
Türkiyə lideri iki ölkə arasında bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün səy göstərəcəklərini qeyd edib.
Ərdoğan həmçinin Pakistanın Fələstinlə bağlı mövqeyini təqdir etdiyini, Türkiyənin ən qısa zamanda Qəzzaya humanitar yardımların çatdırılması üçün cəhd etdiyini diqqətə çatdırıb.
Liderlər eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər,
Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Məşfiyyat İdarəsinin rəisi İbrahim Kalın, Prezidentin mətbuat xidməti idarəsinin rəhbəri Fahrettin Altun, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç və quru qoşunları komandanı Selçuk Bayraktaroğlu da iştirak ediblər.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ











