Jurnalist binalarında bütün kommunal xidmətlər dayandırılır

Bakının Bayıl qəsəbəsində jurnalistlər üçün inşa olunmuş binaların idarəetməsi ilə məşğul olan “Jurnalist Evi” MMC iyunun 1-dən etibarən fəaliyyətini dayandırmağı planlaşdırır. Bununla bağlı artıq bina sakinlərinə məlumat verilib. Buna səbəb isə bina sakinlərinin əksəriyyətinin “Jurnalist Evi” MMC ilə xidmət müqaviləsi bağlamaqdan imtina etməsidir.
Məlumata görə, problemin səbəbi bina sakinlərinin böyük əksəriyyətinin kommunal xidmət haqqını ödəməməsi nəticəsində yaranmış külli miqdarda borcdur. Belə ki, “Jurnalist Evi” MMC lift və su xidmətinə, tullantıların daşınması xidmətinə xeyli borclanıb. Eyni zamanda, işçilərin əmək haqqının ödənilməsində də problem yaranıb.
Bir neçə ay əvvəl yığıma və digər təşkilati məsələlərə nəzarət üçün sakinlərin özlərinin xahişi ilə sakinlərdən ibarət Müşahidə Şurası yaradılsa da, problemlər həllini tapmayıb.
MEDİA Agentliyindən bildirilib Lent.az-a bildirilib ki, Agentliyin Nizamnaməsində jurnalist binalarının sakinlərinə xidmət göstərmək kimi bir vəzifə nəzərdə tutulmayıb:
“Bu günə qədər bu xidmətin göstərilməyə davam etməsinin səbəbi indiyəqədərki təcrübəni tətbiq etmək, sakinləri çıxılmaz vəziyyətdə qoymamaq olub. Lakin hazırda belə bir fəaliyyətin davam etməsi üçün hüquqi əsas yoxdur. Çünki sakinlər “Jurnalist Evi” MMC ilə xidmət müqaviləsi bağlamaqdan imtina edir, bu səbəbdən hazırda MMC və sakinlər arasında münasibətlərin hüquqi əsası yoxdur, yəni “Jurnalist Evi” MMC-nin sakinlər qarşısında hər hansı vəzifə və öhdəliyi mövcud deyil. Ümumi mənada isə müqavilə olmadan MMC-nin xidmət göstərməyə davam etməsi mümkünsüzdür”.
Agentlikdən o da deyilib ki, sakinlərə “Jurnalist Evi” MMC-nin ləğv edilməsi, özlərinin təşəbbüsü ilə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC-nin) yaradılması təklif edilib, prosedur izah olunub, lakin onlar bu təklif barədə də razılığa gələ bilməyiblər.
Qeyd edək ki, hazırda jurnalist binalarının sakinləri üçün kommunal xidmət haqqı hər kvadrat metr üçün 35 qəpik təşkil edir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












