Karapetyan Ermənistanda hakimiyyətə gəlsə nələr dəyişəcək? – Politoloq AÇIQLADI

Ermənistanda daxili siyasi proseslər fonunda səsləndirilən bəyanatlar regionda mümkün riskləri yenidən gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bu barədə açıqlama verərək müxalifətin ritorikasını tənqid edib.

Məlumata görə, “Güclü Ermənistan” partiyasının lideri, ev həbsində olan iş adamı Samvel Karapetyan İrəvanın Azadlıq meydanında keçirilən mitinq iştirakçılarına video müraciət ünvanlayıb. O, hakimiyyətə gələcəyi təqdirdə 300 min yeni iş yeri yaradacağını, Rusiya ilə strateji ittifaqı bərpa edəcəyini, diaspora ilə əlaqələri gücləndirəcəyini və kilsənin rolunu artıracağını vəd edib.
Karapetyan, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın “müxalifət hakimiyyətə gələrsə, Azərbaycanla müharibə başlaya bilər” fikrinə cavab olaraq belə bir niyyətinin olmadığını bildirib.
Bununla belə, politoloq qeyd edir ki, Karapetyanın çıxışında Azərbaycan ilə sülh quruculuğu, Konstitusiya dəyişiklikləri və regionda əməkdaşlıq perspektivləri ilə bağlı konkret mövqe yer almayıb. Əksinə, o, “Artsaxda etnik təmizləmə həyata keçirilib” kimi iddialar səsləndirib.
Elxan Şahinoğlunun fikrincə, bu cür yanaşma regionda sülh prosesinə töhfə vermir və əksinə, gərginliyi artıran amillərdən biri kimi çıxış edir. O hesab edir ki, Ermənistan daxilində seçki prosesi bu ölkənin daxili işi olsa da, rəsmi Bakının müxalifət nümayəndələrinin təxribat xarakterli bəyanatlarına münasibət bildirməsi vacibdir.
Politoloq vurğulayıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən belə hallara reaksiya verilməsi və mümkün risklərin açıq şəkildə ifadə olunması regionda sabitliyin qorunması baxımından əhəmiyyətli ola bilər. Onun sözlərinə görə, seçkilərdən sonra formalaşacaq hökumət sülh razılaşmalarından imtina edərsə, bu, həm iki ölkə arasında münasibətlərə mənfi təsir göstərə, həm də yeni müharibə riskini artıra bilər.
Eltac Zülfüqaroğlu
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI












