Kəlbəcər rayonu ərazisində növbəti dəfə döyüş texnikası müsadirə edilib - VİDEO

Kəlbəcər rayonu ərazisində növbəti dəfə Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus döyüş texnikası, silah və sursat aşkar edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müsadirə edilən artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi nəqliyyat vasitələri, əl qumbaraları və digər döyüş sursatları Kəlbəcər rayonu ərazisindəki toplama məntəqəsinə daşınıb.
Xatırladaq ki, sentyabrın 24-də Kəlbəcər rayonu ərazisində yerləşən “Dəmirli” mis-molibden yatağında uzun illər qanunsuz fəaliyyətlə məşğul olan “Base Metals” şirkətinə məxsus tikililərin hərbi məqsədlər üçün istifadə olunduğu müəyyən edilib. Sentyabrın 23-də isə Azərbaycan hərbçiləri Kəlbəcər rayonunun Heyvalı kəndində iri silah anbarı aşkarlayıblar.
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR











