Keyfiyyətli ictimai nəqliyyatın taksiyə təsiri – Xocəsən təcrübəsi

Bakıda ictimai nəqliyyatın çox da xoş olmayan vəziyyəti demək olar hər gün müzakirə predmetidir. Təbii ki, qüsurlar və həllini gözləyən məsələlər çoxdur. Zaman isə gözləmir.
Bir çoxları belə düşünür ki, nəqliyyat inkişaf etsə belə, ciddi dəyişiklik olmayacaq. Lakin bu yanaşmadakı xəta gün kimi aydındır. Elə Xocəsən qəsəbəsi timsalında bunu görmək mümkündür.
Dekabrın 23-də dövlət başçısının iştirakı ilə açılan stansiya cəmi bircə həftəyə ərazinin nəqliyyat sistemini dəyişdi. Həm də çox sadə formada. Əvvəllər avtobuslara minə bilmədiyi üçün sərnişinlər taksiyə (o cümlədən manatlıq taksiyə) qaçırdılar. Lakin bu da çıxış yolu deyildi. Taksi də Avtovağzalda “ilişirdi”. Lakin metro stansiyasının istismara verilməsi çox şeyi dəyişdi.
Artıq yanvarın 1-də nə nəqliyyatın işi, nə də sərnişinlərin yanaşması 1 həftə əvvəlkinə bənzəmirdi. Manatlıq taksilər demək olar yığışıb. Şəhərin istənilən nöqtəsinə Xocəsəndən rahat şəkildə getmək mümkündür. bu ərazidə yaşayanların Əhməli, Neftçilər, İnşaatçılar metrosu tərəfdə olan ərazilərə getmək üçün əlavə pul xəırcləməsinə zərurət qalmayıb. Deməli, metro stansiyası həm də əhalinin sosial vəziyyətinə təsir edir. Beynəlxalq praktikadan məlumdur ki, insanlar ictimai nəqliyyatdan qənaət etdikləri vəsaiti yaxın ticarət mərkəzlərində xərcləyirlər. Üstəgəl, Binə və Sədərək ticarət mərkəzlərinə, Lökbatan qəsəbəsinə gedənlər bu xətdən müntəzəm istifadə edir.
Bütün irad və narazılıqlar öz yerində. Lakin bir faktı əminliklə demək olar ki, Xocəsən stansiyası timsalında Bakıda çox yaxşı, əhalini razı salan ictimai nəqliyyat layihəsi (bu stansiyaya görə yaranan iş yerləri də öz yerində) icra edilib. İndi qalır bu təcrübəni şəhərin digər ərazilərinə yaymaq.
Vüqar
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










