Kibertəhlükəsizlik üzrə kadrlara tələbat artır - Fərid Osmanov

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 %-i işlə təmin olunub.
Avtosfer.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “Məzun Günü” tədbirində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkədə rəqəmsal inkişafın sürətlənməsi kibertəhlükəsizlik sahəsində ixtisaslı kadrlara olan tələbatı artırır:
“Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi bu sahədə peşəkar kadrların hazırlanması üçün fəaliyyətini davam etdirir. Bu gün dördüncü təlim proqramı çərçivəsində 100 nəfər məzun var. Ümumilikdə isə üç təlim proqramı üzrə 180 nəfər məzun olub. Hazırda ölkəmizdə kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişafı və məzunların işlə təmin olunması istiqamətində fəal iş aparılır”.
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI












