"Kim istəyirsə arxamca gəlsin" - Məktəbli qızın intiharının ŞOK SƏBƏBİ

Dekabrın 1-nə keçən gecə Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində baş vermiş dəhşətli intiharla bağlı bəzi məqamlar üzə çıxıb.
Avtosfer.az Publika.az-a istinadən xəbər verir ki, Cavadxan və M.Kazımovski küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli binanın 14-cü mərtəbəsindən özünü ataraq intihar edən 13 Abdullazadə Z. A. qızının ehtiyatsızlıq nəticəsində yerə yıxıldığı bildirilsə də, sonradan onun həyatına qəsd etdiyi məlum olub.
Yaxınları bildirib ki, ailədə valideynlər arasında daim münaqişələr baş verib və yeniyetmə qız ata-anasını barışdırmaq, onların dalaşmasının qarşısını almaq üçün dəfələrlə səy göstərib. Lakin buna baxmayaraq valideynlər məktəbli qızın yanında münaqişələrinə davam ediblər. Bundan sonra orta məktəbin 7-ci sinif şagirdi olan Z.A həyatına qəsd etmək fikrinə düşüb. O, evdə qoyduğu kağızda "Kim istəyirsə arxamca gəlsin" sözlərini yazıb və özünü pəncərədən atıb.
Yeniyetmə qız hadisə yerində vəfat edib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












