Kişilər boşandıqları qadınları niyə qətlə yetirir? - Cavabsız suala cavab

Kişilər boşandıqları qadınları niyə qətlə yetirir? Bu gün cəmiyyətdə ən çox verilən, amma insanların cavab tapa bilmədiyi sual. Adam sevib ailə qurur, bir, yaxud iki övladı olur. Günlərin birində tərəflərin sözləri çəpləşir, münasibətlər korlanır, məhkəməyə üz tutur və qanunun tələblərinə uyğun boşanırlar. Qəradan sonra hərə öz həyatını yaşamalıdır, amma... Kişiləri cinayətə sürükləyən yol da buradan qaynaqlanır. Kişilər boşadıqları eks-həyat yoldaşlarını gözdən qoymur, onu qarabaqara, addım-addım izləyir. Elə ki, sabiq arvadı haqqında xoşagəlməyən bir söz eşitdilər, həmin anda onu öldürməyə qərar verirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə sosioloq Asif Bayramov Qaynarinfo-ya açıqlamasında boşanan qadınların əri tərəfindən qətlə yetirilməsinin günümüzün ən aktual problemlərindən biri olduğunu diqqətə çatdırıb:
"Problem müasir boşanma-evlənmə modellərinin mahiyyətinin sona kimi aydın olmamasıdır. Çünkü Qərb düşüncəsinin təsiri nətiçəsində Azərbaycanda ailə modeli, ailə institutu kifayət qədər təhrif olunub. Biz ənənəvi ailə modelini olduğu kimi qoruyub saxlamğı bacarmamışıq. Ancaq bəla burasındadır ki, biz ailə modelində iki elementə daha üstünlük vermişik. Bunlardan biri bizim patriarxal xalq düşüncəsindən bu günə kimi gəlib çıxan zərərli elementlərdir. İkincisi, Qərb cəmiyyətindən bizə eksport olunmuş zərərli elementlərdir. Birinci elementin qalması sizin dediyiniz həmin faciənin törədilməsinə gətirib çıxardır. Bu günə qədər kişilər ailə qurduğu qadına həyat yoldaşı kimi deyil, öz şəxsi mülkiyyəti kimi yanaşır. Və boşanandan, hətta hüquq səviyyəsində qadın azadlığını, müstəqilliyini əldə edəndən sonra kişilərdə həmin xüsusi mülkiyyət duyğusu, şüuru yoxa çıxmır, onun aləmində həmin qadın əbədi onun şəxsi mülkiyyəti olaraq qalır".

Asif Bayramovun fikirincə, bu problemin həlli Azərbaycanda iki istiqamətdə aparılmalıdır:
"Birincisi, hüquqi səviyyədə. İnsanlar, gənclər orta məktəblərdən başlayaraq hüquqi-maariflənməyə cəlb olunmalıdır. Digər tərəfdən müasir gənclərə etik və əxlaqi dəyərlər aşılanmalıdır. Çünki həmin faciənin baş verməsinin təməlində bizim insanların patriarxal düşüncələri dayanır. Məsələ burasındadır ki, bu günə kimi Azərbaycan cəmiyyətində epizodik deyil, tipik xarakter alsa da, onun qorunması istiqamətində müvafiq dövlət qurumları, hüquq-mühafizə orqanları, məhkəmə istintaq orqanları hələlik hansısa müvafiq proqram tətbiq eləmirlər. Çünki boşanmadan sonra qadının hüquqlarının müdafiəsi sanki unudulur, yaddan çıxır. Amma hazırda mövcud olan reallıq heç də həmişə qadınların zərərinə yox, bəzən kişilərin də zərərinə işləyir. Biz qadın taleyi haqqında düşünəndə bəzən kişilərin hüquqların unuduruq. Müasir dövrdə müəyyən kateqoriyalı qadınlar var ki, onlar özü üçün müqəddəs ailə ocağı yaratmaq naminə evlənmir. O, kişiyə özünün sərbəst gələcəyini qurmaq üçün bir vasitə kimi yanaşır. Kişinin imkanlarından faydalanaraq özünün sərbəst həyatının əsaslı bazasaını qurur. Evlənib bir uşaq olan kimi heç bir ciddi səbəb olmadan boşanıb uşağa aliment alaraq sərbəst həyatını yaşayır".
Sosioloq hesab edir ki, kişinin boşanandan sonra həyat yoldaşını öldürməsi onun patriarxal düşüncəsindən qaynaqlanır:
"Elə insanlar da var ki, boşanmış həyat yoldaşına qarşı zorakılığının kökündə həmin qadının kişinin imkanlarından sui-istifadə etməsi dayanır. Çünki qadın ailə qurur, sonradan ərinin imkanlarını şəxsi məqsədlərinə yönəldir. Bu halda kişi artıq özünü aldadılmış, bədbəxt hesab edir. Bu hadisələrin kökündə kifayət qədər fərqli səbəblər dayana bilər. Bu halları sosial zəmində təsnifləşdirmək zəruridir və ondan sonra bunun həlli yollarını tapmaq daha rahatdır".
Bakıya ilin ilk qarı yağır - VİDEO
TRIPP layihəsi ilə yeni nəqliyyat dəhlizi yaradacağıq - Prezident
Vəziyyəti nəzarət altına alsaq, o zaman xalqların uğur qazanması mümkündür - İlham Əliyev
"Changan"dan maşın alan vətəndaş 8 gün sonra problemlə üzləşdi: “Pulu qaytarmırlar, problemi həll etmirlər" - VİDEO
Sülh üçün öhdəlik götürülərsə, qısa zaman kəsiyində iki ölkə sülhə nail ola bilir - Prezident İlham Əliyev
Taksi kartı haradan alınıbsa, sürücü yalnız orada işləyəcək? - AÇIQLAMA - VİDEO
"Geomaqnit qasırğası müşahidə olunur" - Astrofizika kafedrası
Yeni yol inşa olunacaq - Beynəlxalq tender elan olundu
Zəngilan polisi şəhidlərin xatirəsini yad etdi - FOTO - VİDEO
Sükut dəqiqəsi...
Prezident Şəhidlər xiyabanını ziyarətlə bağlı videoçarx paylaşdı - VİDEO











