Kolumbiyada avtomobilə yerləşdirilmiş bomba partladıldı: 7 ölü, 11 yaralı

Kolumbiyanın qərbində avtomobilin partladılması nəticəsində 7 nəfər həlak olub. Avtosfer.az xəbər verir ki, insident fevralın 17-də axşam saatlarında Kauka departamentinin Rosas bələdiyyəsi ərazisində qeydə alınıb. Bu barədə “Pais” nəşri məlumat verib.
Məlumata görə, naməlum şəxslər Panamerikan şosesində hərbi bölmələrə hücum etmək məqsədi ilə avtomobilə quraşdırılmış bombanı işə salıblar.
Bildirilir ki, partlayş vaxtı yoldan keçən 2 avtomobil də zərər görüb. Hadisə nəticəsində daha 11 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Hazırda şose iki tərəfli nəqliyyatın hərəkəti üçün bağlanılıb. Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Departamentdə radikal qrupların fəaliyyət göstərdiyi qeyd edilir.
Namiq Musayev
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA











