Komitə sədrindən “Halo Trust”a ÇAĞIRIŞ: “Mina xəritələrini bizə verin!”

“Britaniyanın humanitar təşkilatı “Halo Trust” 2000-ci ildən bu yana Qarabağda mina əleyhinə fəaliyyət aparıb. Dövlətimiz həmin ərazilərdə kənar dövlətlərə və kompaniyalara qarşı çıxdığı halda son 20 ildə minaların təmizlənməsinə xeyirxah missiya kimi etiraz etməyib. Nəticədə “Halo Trust” 2000-dən artıq tank, 9000-dən çox piyada əleyhinə minanı hələ işğal dövründə məhv edərək 4,8 milyon kvadratmetr ərazini təhlükəsiz vəziyyətə gətirib. 100-dən çox işçi heyətlə aparılan təmizləmə prosesi 5 rayonumuzu əhatə edib”.
Avtosfer.az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, iki il əvvəl Ermənistanın hökumət təmsilçiləri onminlərlə erməninin həyatını xilas edən Britaniya təşkilatını minalı ərazilərin xəritələrini, eləcə də müxtəlif xarakterli hərbi və təhlükəsizlik informasiyalarını Türkiyə və Azərbaycanın məxfi xidmət orqanlarına verməkdə ittiham edib.
“Sən demə, həmin kəşfiyyat sənədlərinin əldə edilməsi hesabına ordumuzun tank və topları, hava hücumundan müdafiə sistemləri düşmənə dəqiq zərbələr vurub, silahlı qüvvələrimiz güvənli yollardan keçərək Qələbəyə nail olublar. Təsəvvür edirsinizmi, işçilərinin az qala yarısını yerli ermənilər təşkil edən bir qurumu müharibədəki məğlubiyyətə və “hamı günahkardır” ittihamına qurban vermək, özlərini məsuliyyətdən kənarda saxlamaq üçün istənilən böhtana hazırdırlar. Təbii ki, təşkilat ittihamları rədd edib və sonda İrəvan rəsmiləri geri çəkilib, əməkdaşlığa davam ediblər”, - deyə o əlavə edib.
Deputat qeyd edib ki, Ermənistanda təkcə sözügedən qurumu deyil, eləcə də UNİCEF-in yerli rəhbəri Marian Hattinqi də Azərbaycanla gizli işbirliyində günahlandırıblar. Casus qalmaqalına Britaniyanın “Mİ-6” təşkilatını, Almaniya parlamentinin üzvlərini, Paşinyanın məsləhətçilərini, bəzi hökumət üzvlərini, hətta Ermənistanın təhlükəsizlik qüvvələrini, bu yaxınlarda isə bir neçə əsgəri də əlavə ediblər.
Son 3 ildə bununla bağlı məhkəmə orqanlarında açılan cinayət işlərinin sayı 100-dən artıqdır. Əlbəttə, 44 günlük savaş dövründə məxfi strukturlarımızın peşəkarlığına Ali Baş Komandan yüksək qiymət verib. Lakin əgər “Halo Trust” mina xəritələrini ordumuza vermiş olsaydı, son 3 ildə 57 vətəndaşımızın həyatı itirilməz, 245 vətəndaşımızın ağır yaralanması baş verməzdi”,-deyə Zahid Oruc əlavə edib.
O qeyd edib ki, Azərbaycan Zəngilandan keçmiş Ağdərə rayonuna kimi böyük bir coğrafiyanı öz qurğuları, səbir və dözümləri ilə minalardan xilas edən Britaniya təşkilatına təşəkkür edir. Komitə sədri sonda “Halo Trust”a çağırış edib:
“Əgər mina xəritələri onlarda varsa, onları ərazilərin əsil sahibləri kimi dövlətimizə təhvil verməyə çağırırıq”.
oxu.az
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










