Koronavirusa yoluxanlara 5, ölənlərin ailələrinə isə 10 min manat verilsin - TƏKLİF

Bildiyiniz kimi qlobal pandemiyadan ən çox təsirlənən tibbi personaldır. Bir çox ölkələrdə bunu nəzərə alaraq həkimlərin maddi təminatı və mühafizəsi gücləndirilir, koronavirusla mübarizədə həyatını itirən səhiyyə işçilərinin ailəlilərinə birdəfəlik yardım ayrılmaqla yanaşı, həm də onların adları əbədiləşdirilir. Azərbaycanda səhiyyə işçilərin sosial baxımdan ən müdafiəsiz təbəqələrdən biridir. Onların ötən il üçün orta aylıq əmək haqqı 352,4 manat olub ki, bu da həmin dövrə iqtisadiyyatın digər sahələri ilə müqayisədə ən aşağı göstəricidir. Yəni səhiyyə işçiləri yalnız təhsil işçiləri ilə deyil, həm də nəqliyyat, tikinti, sənaye, rabitə, maliyyə işçiləri ilə müqayisədə ən aşağı məvacib alırlar.
Son məlumata görə, dünyasını dəyişən səhiyyə işçilərinin sayı 15-dən, tibb personalı arasında yoluxanların sayı isə 1500-dən çoxdur. Onların əmək fəaliyyətinin stimullaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə Qərarına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 11 707 nəfərə - 9015 tibb işçisinə, 2692 qeyri-tibb işçisinə aprel ayı üzrə iş vaxtına mütənasib olaraq 13,1 milyon manat müddətli əlavə ödənilib. Agentlik may ayında isə 8376 nəfər tibb işçisinə, 2476 nəfər qeyri-tibb işçisinə may ayı üzrə iş vaxtına mütənasib 13.7 milyon manat müddətli əlavə ödəyib.
Tibbi işçilərinə ödənişlər onların iş vaxtına mütənasib olaraq hesablandığına görə, bu, son nəticədə orta aylıq əmək haqqının 5 dəfə deyil, daha az artmasına gətirib çıxarıb. Bu da hazırda tibb personalı arasında ciddi narazılıq yaradır. Odur ki, hazırkı dövrün tələblərinə uyğun olaraq aşağıdakıları təklif edirəm:
1) Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarında müvafiq dəyişikliklərin edilsin və səhiyyə işçilərinin əməyinin risk dərəcəsinə görə yüksəksəldici əmsallarla 5-10 dəfəyədək stimullaşdırılsın.
2) Koronavirusa yoluxub dünyasını dəyişən səhiyyə işçilərinin ailəsinə 10 min manat, bu xəstəlikfən müalicə alan tibb personalına isə 5 min manat məbləğində birfədəlik yardım təyin olunsun.
3) Koronavirusa yoluxub dünyasını dəyişən səhiyyə işçilərinin adını əbədiləşdirmək üçün Bakı şəhərinin mərkəzi parklarının birində xatirə lövhəsi quraşdırılsın və onların adı həmin lövhəyə həkk edilsin.
Qubad İbadoğlu, iqtisadçı-alim
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










