Körpüdə görülən təmir işləri hərəkət üçün təhlükə yaradır? - VİDEO

Nəsimi rayonu 3-cü mikrorayon ərazisində körpüdə hərəkətin intensiv olduğu vaxtda təmir işləri aparılır.
Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, körpünün yuxarıdan çökdüyü iddia olunub. Bu səbəbdən təmir prosesinin başlanıldığı bildirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli oxu.az-a bildirib ki, həmin ərazində heç bir təhlükə yoxdur: “Sosial şəbəkələrdə düzgün olmayan informasiya yayırlar. Yanlış məlumatı ötürməyə çalışırlar. Orada heç bir təhlükə yoxdur. Bu barədə dəfələrlə danışmışıq. Həmin körpünün yəni yol ötürücüsünün temperatur tikişləri, “şov”ları var. Yol ötürücüsü dəmir beton konstruksiyalıdır. Onun sıxılma və genişlənmə kimi funksiyası var. İsti aylarda genişlənir, soyuq aylarda sıxılır. Yol ötürücüsünün konstruksiyasına xələl gəlməsin deyə, bu cür temperatur “şov”ları qoyulur ki, genişlənəndə, sıxılanda hər hansı bir problem yaranmasın.
Temperatur “şov”ları da bir-birindən aralıdır. Hava dəyişkənliyindən su körpünün aşağı hissəsinə sızır. Su sızdığı üçün körpünün aşağı hissəsində beton üzəri malalanır. Üzlük çəkilir ki, estetik cəhətdən yaxşı görünsün. Nəmişlik nəticəsində həmin o üzlük eroziyaya uğrayır. Altdan baxanda elə təəssürat yaranır ki, problem var. Lakin heç bir problem yoxdur.
Sadəcə olaraq bu yaxınlarda körpünün temperatur “şov”ları yenilənib. Eroziyaya uğramış hissələr malalanır ki, estetik cəhətdən yaxşı görünsün. Təhlükə yoxdur”.
Nəsimi Rayon İcra Hakimiyyəti isə zənglərimizi cavabsız qoyub.
Həmin görüntüləri təqdim edirik:
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ












