Kreml Paşinyan və Bayramovun səfərlərini niyə diqqətlə izləyir? – ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyanın Qırğızıstana, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun isə Ukraynaya səfəri regionda və beynəlxalq siyasi dairələrdə diqqətlə izlənilir.
Avtosfer.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı bildirib ki, hər iki səfər fərqli məqsədlər daşısa da, Rusiyanın siyasi və ekspert dairələrinin reaksiyasına səbəb ola bilər.

Politoloqun sözlərinə görə, Nikol Paşinyan Qırğızıstana Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün yollanıb. O hesab edir ki, təşkilat hazırda səmərəli fəaliyyət göstərmir və müəyyən mənada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) vəziyyətini xatırladır.
"Paşinyan düşünür ki, Avrasiya İqtisadi İttifaqı iflic vəziyyətindədir. Rusiya təşkilatın üzvü olan Ermənistandan bəzi məhsulların idxalına qadağalar tətbiq etməklə Qərblə yaxınlaşan Paşinyan hökumətini cəzalandırmağa çalışır. Halbuki bu addımlar Rusiyanın özünün formalaşdırdığı iqtisadi birliyin prinsiplərinə ziddir. Bu səbəbdən Paşinyanın Qırğızıstanda bu məsələləri gündəmə gətirəcəyi gözlənilir və Kremlin buna qarşı arqumentlər irəli sürəcəyi istisna deyil", – deyə politoloq bildirib.
Elxan Şahinoğlu Ceyhun Bayramovun Ukraynaya səfərinin də Moskvanın diqqət mərkəzində olacağını qeyd edib.
"Kreml Ceyhun Bayramovun Kiyevdə keçirəcəyi görüşləri də diqqətlə izləyəcək. Ancaq Azərbaycanın istənilən dövlətlə əməkdaşlıq etməsi ölkəmizin suveren hüququdur və heç bir dövlət buna müdaxilə edə bilməz. Ukrayna Azərbaycanın tərəfdaşlarından biridir və Bakı bu ölkə ilə siyasi, iqtisadi və humanitar əməkdaşlığını davam etdirəcək", – deyə o vurğulayıb.
Politoloqun fikrincə, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda Ukraynanın işğalla barışmamalı olduğu barədə səsləndirdiyi mövqe də Rusiyadakı bəzi siyasi dairələrin narazılığına səbəb olub.
"Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini açıq şəkildə ifadə edir. Ceyhun Bayramovun bundan əvvəl Moskvaya səfər etdiyi kimi, bu gün Kiyevə səfər etməsi də Azərbaycanın balanslaşdırılmış və müstəqil xarici siyasət kursunun göstəricisidir", – deyə Elxan Şahinoğlu əlavə edib.
Eltac Zülfüqaroğlu
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI












