"Kubinka"dakı söküntüdə PROBLEM: Sakinlər bu qədər kompensasiya istəyir

Bakıda Nəsimi rayonu ərazisində "Kubinka" adlanan ərazidə aparılan söküntü işləri ilə bağlı məsələ dalana dirənib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, buna səbəb evləri plana düşən yerli sakinlərlə söküntü işini aparan şirkət arasında razılıq əldə olunmamasıdır.
Belə ki, "Kubinka" ərazisində bəzi sakinlər söküləcək evləri müqabilində onlara veriləcək hündürmərtəbəli binadan mənzillə razılaşıblar. Digər qrup sakinlər isə söküləcək evləri müqabilində onlara kompensasiya verilməsini tələb edir. Onlar yeni binalardan mənzil istəməyərək evlərinin müqabilində pul verilməsini istəyirlər.
Qeyd edək ki, tikinti işini aparan "RR Constructions" şirkəti sakinlərin yeni binalardakı evlərə yerləşdirənə qədər onlara kirayəpulu da təklif edir. Lakin bir qrup sakin nə yeni mənzil, nə də kirayəpulu ilə razılaşmır, söküləcək evləri müqabilində 3 min manat kompensasiya istəyirlər.
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR











