Kürdəmirdə postlar qurulub, polis gücləndirilmiş iş rejiminə keçib

Bu gün saat 00:00-dan etibarən Kürdəmir rayonunda sərtləşdirilmiş karantin rejiminə start verilib.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən rayonun bütün kəndlərində və şəhər ərazisində müvəqqəti karantin postları qurulub.
Bununla bağlı DİN Daxili Qoşunlarının və bir neçə rayonun o cümlədən Ağsu, Göycay, Zərdab və Hacıqabul rayonlarının polis şöbələrinin əməkdaşları Kürdəmirə ezam olunublar. Hazırda rayonun bir necə yerində və bütün kəndlərdə müvəqqəti karantin postları qurulub və reydlər keçirilir. Bundan başqa gün ərzində rayon polis şöbəsinin əməkdaşları səsgücləndiricilər vasitəsi ilə insanları xəbərdar edərək onlara karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməyi tövsiyə ediblər.
Qeyd edək ki, bu gündən etibarən Kürdəmirlə yanaşı, ölkənin bir neçə şəhər və rayonunda sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












