Lənkəran sakininin evindən 8 kiloqram heroin aşkarlanıb - FOTO

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Samid Əliyev narkotik vasitə heroini satarkən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, əməliyyat tədbirlərinin davamı nəticəsində onun narkotik vasitəni əldə etdiyi şəxsin Lənkəran sakini, əvvəllər məhkum olunmuş Bünyad Heydərov olduğu müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən baxış zamanı B.Heydərovun üzərindən və yaşadığı evdən ümumilikdə 8 kiloqram 300 qram heroin aşkarlanaraq götürülüb. Onun sözügedən narkotik vasitəni satışının təşkil olunmasından ötrü xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi müəyyən olunub.
Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 32 nəfər saxlanılıb. Faktlarla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













