Lənkəranda polis çətin vəziyyətdə olan iki ailəyə kömək edib - FOTO

Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu digər şəhər və rayonlarda olduğu kimi, Lənkəranda da polis Operativ Qərargahın qərarlarının icrasına nəzarəti həyata keçirməklə yanaşı, çətinliklə üzləşən vətəndaşlara vaxtında lazımi kömək göstərilməsində yaxından iştirak edir.
Avtosfer.az xəbər verir ki, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Lənkəran rayonunun Şağlaküçə kənd sakini Rəna Fərəcova ötən gün Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, bacısının 10 yaşlı qızının qidadan zəhərləndiyini bildirib və uşağın xəstəxanaya çatdırılması üçün kömək istəyib. Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları və həmin vaxt polislə birlikdə ərazidə xidmət aparan Daxili Qoşunların hərbi qulluqçuları dərhal həmin ünvana gedərək, azyaşlıya tibbi yardım göstərilməsi üçün onun Lənkəran Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbəsinə çatdırılmasını təmin ediblər.
Həmçinin ötən gün Ürgə kənd sakini Gülqayıt Novruzova gəlininin təcili olaraq Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə çatdırılmasına kömək göstərilməsi üçün polisə müraciət edib. Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal qadının doğuş üçün xəstəxanaya çatdırılması təmin olunub. Bu gün həmin qadın yenidən polisə müraciət edib və yeni dünyaya gəlmiş nəvəsi və gəlininin evə aparılması üçün kömək istəyib. Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər yaşadıqları Ürgə kəndinə aparılıb və yeni dünyaya gəlmiş körpə ailəsinə təhvil verilib.
Hər iki ailə göstərilən köməyə görə polisə təşəkkürlərini bildiriblər.
Namiq Musayev




Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










