"Maşını mən deyən yerə sürməsəz qumbaranı partladacam" - Zaqataladakı faciənin ŞOK DETALLARI

Zaqatalada baş verən partlayışın təfərrüatları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə tanışlar arasında düşən şəxsi mübahisə zəminində baş verib.
Belə ki, rayonun Yengiyan kənd sakini, 1994-cü il təvəllüdlü Həmid Gülməmmədov sərxoş vəziyyətdə içərisində qonşusu Məqsəd Rzayevin olduğu avtomobili saxladaraq maşına əyləşib və onu gedəcəyi ünvana aparmağı tələb edib. Əks təqdirdə Həmid onları əlindəki qumbaranı partladacağı ilə hədələyib. Onlar razılaşıblar və Həmidi sakitləşdirməyə çalışıblar. Lakin sərxoş vəziyyətdə olan Həmid onlara məhəl qoymayıb. Həmid avtomobili bir neçə yerə sürdürüb. Bu zaman onların arasında narazılıq yaranıb. Bu narazılıqdan doğan mübahisə zəminində Həmid əlindəki qumbaranın alışdırıcısını çəkərək onları yenidən təhdid etməyə başlayıb. Nəticədə mübahisə daha da qızışıb və Həmid qumbaranı onların üstünə atıb.
Qumbaranın partlaması nəticəsində Həmid hadisədən dərhal sonra, Məqsəd Rzayev isə bir gün sonra xəstəxanada dünyasını dəyişiblər.
Hadisə zamanı xəsarət alan İlqar Cumayev isə xəstəxanada müalicə alır. Həkimlər onun həyatı təhlükəsinin olmadığını deyirlər.
Artıq istintaq qrupu İlqar Cumayevin ilkin ifadəsini alıb.
Xatırladaq ki, Məqsəd Rzayev Vətən müharibəsi iştirakçısıdır. Ehtimal olunur ki, o, əl qumbarasını müharibə zamanı əldə edib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, sentyabrın 30-da Zaqatala rayonunun Yengiyan kəndində 1994-cü il təvəllüdlü Həmid Gülməmmədov Məqsəd Rzayev və İlqar Cumayevlə aralarında yaranmış mübahisə zamanı üzərindəki əl qumbarasını partladıb. Nəticədə iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
Fakta görə Zaqatala rayon prokurorluğu saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












