Maşının təkəri yoldakı çuxura düşəndə zərəri kim ödəməlidir? - Hüquqşünas AÇIQLADI

Avtomobil hərəkətdə olarkən yolun qazılması, lakin heç bir nişanın qoyulmaması nəticəsində nəqliyyat vasitəsinin çuxura düşməsi hallarını tez-tez müşahidə edirik. Həmçinin bəzən yol yararsız vəziyyətdə olduğundan maşına ciddi ziyan dəyir. Yaxud, günün qaranlıq saatlarında yola sürüşkən mayelərin tökülməsi nəticəsində maşın sürüşərək qəza edir. Daha bir problemlərdən biri də budanılmayan ağacın yarpaqlarının görünüş məsafəsini məhdudlaşdırmasıdır. Bu da yenə qəzaya səbəb olur.
Bəs bu kimi hallarda sürücünün hansı hüquqları var? Dəymiş ziyanı kim ödəməlidir?

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən hüquqşünas Elşad İsayev bildirib ki, bu çox aktual mövzudur: “Belə olan halda həmin yola cavabdeh olan idarələr mülki məsuliyyət daşıyır. Kompensasiya ilə bağlı sürücünün üzərinə düşən öhdəliklər var. O, bu kimi hallarda qəza qeydə alınan ərazidə hadisənin baş verməsi ilə bağlı ilkin sübutları toplamalıdır. Avtomobilin şəkilini və yaxınlıqda işarələr varsa, işarələri çəkməlidir. Çünki məhkəmələrdə sübutetmə vəzifəsi həmişə iddia edənin üzərinə düşür. Burada hüquqi şəxs kimi yol idarələri məhkəmələrdə cavabdeh qismində iştirak edirlər.”
Hüquqşünas qeyd edib ki, daha bir hal isə iribuynuzlu və xırdabuynuzlu heyvanların səbəb olduğu qəzalardır: “Burada məsuliyyət heyvanların sahibinin üzərinə düşür. Bu zaman artıq ev heyvanının sahibi dəymiş ziyanı ödəməlidir. Burada da şəkil və video çəkilişlər sübut üçün vacibdir. İnzibati Xətalar Məcəlləsində də bununla bağlı ayrı-ayrı müddəalar və maddələr var. Kompensasiya ödəmək hər bir ziyan vurma nəticəsində yaranmış öhdəlik hesab olunur”.
Məhəbbət Tərlanoğlu
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












