MEDİA və Mətbuat Şurasının təşkilatçılığı ilə konfrans keçirildi - FOTOLAR

Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi" mövzusunda konfrans keçirilib.
Avtosfer.az xəbər verir ki, məqsəd media mühitində Azərbaycan dilinin ədəbi normalara uyğun, səlis və düzgün istifadəsini təşviq etmək, dil mədəniyyətini inkişaf etdirmək və mediada nitq standartlarının yüksəldilməsinə töhfə vermək olub.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov konfransın ideyasının noyabrın 3-də Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyanın Rəyasət Heyətinin üzvləri ilə görüşündə səsləndirdiyi çox aktual və önəmli bir mövzu ilə bağlı olduğunu qeyd edərək medianın ədəbi dilin qorunmasında strateji rol oynadığını vurğulayıb.
Azərbaycan dilinin informasiya məkanında təbliği və inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdıran Kamran Həsənov bildirib ki, efir məkanında, çap mediası və rəqəmsal media platformalarında ədəbi dil normalarına əməl olunması milli-mədəni dəyərlərin qorunması və dilin saflığının təmin edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində birinci panel sessiya "Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti" mövzusuna həsr olunub. Nitq mədəniyyəti, media nümayəndələrinin peşəkar məsuliyyəti, efir etikasının tələbləri barədə müzakirələr aparılıb.
Diqqətə çatdırılıb ki, audiovizual media məkanında dil keyfiyyəti yalnız media peşəkarlığının göstəricisi deyil, eyni zamanda cəmiyyətin mədəni səviyyəsini və intellektual potensialını formalaşdıran əsas amillərdəndir. Bildirilib ki, efirdə ədəbi dil normalarına riayət olunması və düzgün tələffüz dilin saflığının qorunmasına, həmçinin gənc nəsildə sağlam ünsiyyət mədəniyyətinin təşəkkülünə mühüm təsir göstərir.
Konfransın ikinci panel sessiyası "Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları" mövzusunda təşkil olunub.
Müzakirələr zamanı vurğulanıb ki, qloballaşma, rəqəmsal kommunikasiya, sosial media trendləri və sürətlə dəyişən informasiya mühiti fonunda Azərbaycan dilinin ədəbi normalarının qorunması strateji əhəmiyyət daşıyır. Bu səbəbdən media nümayəndələrinin müvafiq istiqamətdə məsuliyyətinin artırılması, metodoloji yanaşmaların təkmilləşdirilməsi, dil monitorinq mexanizmlərinin genişləndirilməsi, təlim və maarifləndirmə təşəbbüslərinin gücləndirilməsi olduqca vacibdir.
***
11:01
Bakıda Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi" mövzusunda konfrans keçirilir.
Musavat.com xəbər verir ki, konfrans iki paneldən ibarət olacaq.
Birinci panel "Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti" mövzusuna həsr olunacaq, ikinci panel sessiyası "Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları" mövzusunda təşkil olunacaq.
Müzakirələr zamanı qloballaşma, rəqəmsal kommunikasiya, sosial media trendləri və sürətlə dəyişən informasiya mühiti fonunda Azərbaycan dilinin ədəbi normalarının qorunması müzakirə ediləcək. Həmçinin, bu səbəbdən media nümayəndələrinin müvafiq istiqamətdə məsuliyyətinin artırılması, metodoloji yanaşmaların təkmilləşdirilməsi, dil monitorinq mexanizmlərinin genişləndirilməsi, təlim və maarifləndirmə təşəbbüslərinin gücləndirilməsi barədə fikir mübadiləsi aparılacaq.
![]()
![]()









Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq








