Mehridən keçən yol bərpa olunmadıqca Azərbaycan heç bir yolu açmayacaq - Rasim Musabəyov

Mehridən keçən yol bərpa olunmadıqca Azərbaycan heç bir yolu açmayacaq, heç bir nəqliyyat layihəsi reallaşmayacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov danışıb.
Deputat Ermənistanın Zəngəzur dəhlizinə alternativ kimi ortaya atdığı “Sülh kəsişməsi” layihəsinə münasibət bildirərək vurğulayıb ki, Azərbaycanla razılaşdırılmadan yollar açılmayacaq:
“Nəinki Azərbaycan, Türkiyə də yolları açmayacaq. Belə olan təqdirdə hansı layihədən danışa bilərlər?”
R.Müsabəyov hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ənənəvi olaraq iş görmək əvəzinə, təbliğatla məşğuldur:
“Əvvəl qərar verilməli, sonra iş görülməlidir. Mehridən keçən yol bərpa olunmadıqca Azərbaycan heç bir yolu açmayacaq. Boş vədlər səsləndirməklə iş olmur. Layihə təsdiq olunmalı, ona maliyyə ayrılmalı, tenderlər keçirilməli və konkret bərpa işinə başlanmalıdır. Boş sözlərlə Azərbaycandan hansısa müsbət yanaşma əldə etmək qeyri-mümkündür”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Ermənistanın “Sülh kəsişməsi” layihəsinə diqqət çəkib. Dövlət başçısı bildirib ki, sözügedən “layihə”nin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və bu, dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırılıb.
Prezident vurğulayıb ki, Ermənistan bu layihəni, doğrudan da, həyata keçirmək istəyirsə, ilk növbədə Azərbaycana müraciət etməlidir:
“Çünki bizsiz bu, sadəcə olaraq kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır”.
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ












