Məşhur hind aktrisası Ayşvariya Ray və qızı Aradhi koronavirusa yoluxub

Hindistanlı aktrisa Ayşvariya Ray Baççan və səkkiz yaşlı qızı Aradhinin koronavirus testi müsbət nəticələnib. Bu barədə Baççan ailəsinin yaşadığı Maharaştra ştatının Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Ayşvariya Rayın qayınatası, aktyor Amitabah Baççan, eləcə də aktyor və rejissor olan əri Abhişek Baççan koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Aktrisa bundan sonra test verib.
Hazırda Baççan ailəsinin Mumbay şəhərindəki iqamətgahı bağlanıb, orada yaşayanlar və işləyənlər iki həftəlik karantinə yerləşdirilib.
Hindistanlı fotomodel və aktrisa, “Dünya gözəli – 1994” müsabiqəsinin qalibi Ayşvariya Ray Baççan 46 yaşında olmasına baxmayaraq hələ də dünyanın ən gözəl qadınları reytinqlərində təmsil olunur. O, “Məhəbbət ritmləri”, “Devdas”, “Codha və Əkbər”, “Robot” və başqa filmlərdə çəkilib. (Azərtac)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











