"Metro stansiyalarının çıxışlarında leşdən hazırlanan kolbasalar satılır"

"Metro stansiyalarının çıxışlarında kiloqramı 4-5 manata satılan kolbasalar, nəinki keyfiyyətli ətdən, heç keyfiyyətsiz ətdən də hazırlanmır. Çünki bu kolbasaların qiyməti ən aşağı qiymətə satılan at-eşşək ətindən belə ucuzdur. Sözügedən kolbasaların tərkibi haqqında heç bir dəqiq məlumat yoxdur".
Bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakupost.az-a deyib.
Onun sözlərinə görə, metro stansiyalarının çıxışlarında, xüsusilə də "8-ci kilometr" bazarında bu kolbasalardan çox görə bilərik. Bu tip kolbasaların tərkibi su, duz və mənşəyi məlum olmayan, ola bilsin ki, ölmüş heyvan ətindən ibarətdir:
"Mən insanlara bu cür mənşəyi bilinməyən qidalardan uzaq durmağı tövsiyə edirəm. Ümumiyyətlə, etiketsiz məhsul almamaq lazımdır. Sözügedən kolbasaların etiketləri, tərkibləri haqqında bir məlumat yoxdur. Bu cür kolbasalar insan sağlamlığına ciddi ziyan vurur. Leş ətinə müəyyən dadlandırıcı vasitələr vurub fərqli inqrediyentlər qataraq dada gətirir və ondan kolbasa hazırlayıb satırlar. Ona görə də onun qiyməti belə ucuzdur".
E.Hüseynov vurğulayıb ki, kolbasa məhsullarının 70 faizi xarici ölkələrdən, xüsusilə də Rusiyadan idxal olunur, 30 faizi isə öz məhsullarımızdır:
"Mən təklif edirəm ki, insanlar halal, tərkibi bəlli olan kolbasalara üstünlük versinlər. Çünki xaricdən gətirilən kolbasalara kimyəvi maddələr vurulur ki, onlar xarab olmasın. Bu da insan orqanizmində ciddi problemlərə səbəb olur. Azərbaycanda təmiz mal ətindən kolbasalar hazırlayan istehsalçılar var. İnsanlara bu istehlakçıları araşdırıb, sonra məhsullarını almağı tövsiyə edirəm".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












