Metronun yeni tikilən stansiyasında işlər nə yerdədir? - “Metropoliten”dən AÇIQLAMA

“Hazırda Ceyhun Səlimov küçəsi, Hərbi hospitalın qarşısında, “Papanin” adlanan ərazidə Bənövşəyi xəttin 3-cü stansiyasında eskalatorların quraşdırılması və mərmər-qranit örtüyünün vurulması işləri aparılır”.
Avtosfer.az xəbər verir ki, bunu BAKU.WS-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O deyib ki, tikinti ilə bağlı işlərin may-iyun aylarına qədər tam yekunlaşdırılması planlaşdırılır:
“Hər hansı əlahiddə geoloji və texniki problem baş verməsə, plana əsasən stansiyanın 2020-ci il ərzində istifadəyə verilməsi nəzərdə tutulub. Bunlar əvvəlcədən zatən öyrənilmir. Hətta belə problem də gözlənilmir”.

B.Məmmədov qeyd edib ki, həmin stansiyanın özəlliklərindən biri budur ki, qatarın bir yoldan digərinə keçməsini təmin edən dönmə kamerasının olmasıdır. Bununla qatarların fasiləsiz hərəkəti təmin olunacaq.
“Bakı Metropoliteni” rəsmisi sözlərinə əlavə edib ki, Xocasən elektrik deposunda da işlər davam etdirilir və birinci mərhələsi də istifadəyə veriləcək. Yəni, qatarlara texniki baxış, xidmət, təmir və qulluq etmək mümkün olacaq:
“Hazırda tunellərdən birində yol infrastrukturu qurulur. Digər tuneldə isə qazıntı işlərinin yaxın vaxtlarda tam başa çatdırılması planlaşdırılır”.
Gültən
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI












