“Başqa ölkələrdən bura gəlib getmək əzaba çevrilib"-Deputat

“Dəfələrlə aviabiletlərin qiymətlərinin baha olması məsələsini qabartmışıq. Bu məsələdə Gürcüstan və digər ölkələrə uduzuruq. Uduzurqsa, rəqabət də olmayacaq”.
Avtosfer.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda ən yaxşı işləyən qurumlardan biri Dövlət Miqrasiya Xidmətidir: “Başqa ölkələrdən bura gəlib getmək əzaba çevrilib. Biz bu qanunu kiməsə iş yerinin yaradılması üçün qəbul etməməliyik. Ov turizminin də qanunda hər hansı bir formada əks etdirilməsi vacibdir”.
Deputat Azərbaycanda turistlərin aldadılması məsələsinə də xüsusi diqqətin yetirilməsinin vacibliyini vurğulayıb: “İnzibati Xətalar Məcəlləsinə turistlərin aldadılması ilə bağlı müddəa da əlavə edilməlidir. Turistlər bilməlidir ki, bu ölkəyə gələnlər aldadılmır”.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI











