Milli Məclisdə görüş keçirildi - FOTO

Oktyabrın 2-də Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İmamverdi İsmayılov Mərakeş Krallığı Parlamentinin Mərakeş-Azərbaycan dostluq qrupunun rəhbəri Abderrazak Ahluş ilə görüşüb.
Bu barədə Avtosfer.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İmamverdi İsmayılov bu yaxınlarda Mərakeşdə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı dərin kədərini bölüşüb və zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.
Ölkələrimiz arasında münasibətlərdən söz açan İmamverdi İsmayılov Azərbaycan ilə Mərakeş arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq təsisatlarda münasibətlərin uğurla inkişaf etməsindən danışıb. O, qonağı Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsi, işğalın acı nəticələri və onların aradan qaldırılması yönündə aparılan işlər barədə məlumatlandırıb. Bildirilib ki, Azərbaycan Ermənistana sülh sazişinin imzalanması barədə təklif verib, işğaldan azad edilmiş ərazilərdə artıq reinteqrasiya tədbirləri həyata keçirilir.
Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Mahir Abbaszadə parlamentlərarası əlaqələrin ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət təsirindən danışıb, bu istiqamətdə dostluq qruplarının əməkdaşlığının, parlamentarilərimizin beynəlxalq təşkilatlarda birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.
Mərakeş Krallığı Parlamentinin Mərakeş-Azərbaycan dostluq qrupunun rəhbəri Abderrazak Ahluş Azərbaycanı ərazi bütövlüyünün bərpası ilə nəticələnən qələbəsinə görə təbrik edib, işğalın nəticələrinin aradan qaldırılması üçün aparılan genişmiqyaslı yenidənqurma işlərində uğurlar diləyib. Qonaq parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Söhbət zamanı Azərbaycan və Mərakeş parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












