Milli Qəhrəmanın qardaşı Ali Baş Komandana müraciət etdi

Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayevin qardaşı, xüsusi xidmət orqanlarının ehtiyatda olan polkovniki Elcan Abdullayev Ali Baş Komandan İlham Əliyevə müraciət edib.
Avtosfer.az-ın məlumatına görə, müraciətdə deyilir:
"Cənab Ali Baş Komandan! Bu günə qədər iştirak etdiyim müharibələrdən qazandığım döyüş təcrübəsi, nəinki, döyüş yoldaşlarıma, eləcə də çiyin-çiyinə 20 il birlikdə xidmət etdiyim xüsusi xidmət orqanları əməkdaşlarına və ön cəbhədə olan generallara və yüksək rütbəli zabitlərə də məlumdur.
Sizə bildirmək istərdim ki, Vətənin bu ağır günündə bütün döyüş bacarığımı və təcrübəmi Vətənimiz, dövlətimiz və xalqımız üçün ön cəbhədə bir daha düşmənə qarşı döyüşdə istifadə edə bilmək mənim üçün şərəf olar.
Cənab Ali Baş Komandan! Biz Sizin döyüş əmrinizi gözləyirik!
Bugünlərdə Vətən uğrunda şəhid olan Azərbaycan oğullarına Allahdan rəhmət diləyirəm. Onların ailələrinə Allahdan səbr arzu edirəm!
Bilirəm ki, bu gün ön cəbhədə mənim sizə müraciətimi görüb döyüşlərə ruh yüksəkliyi ilə atılacaq yüzlərlə hərbi qulluqçular var. Onlara bildirmək istəyirəm ki, Azərbaycan xalqı sizinlə fəxr edir! Gözünüz arxada qalmasın!"

Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












