Mobil telefon oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mobil telefon oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıblar
Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də metronun “Koroğlu” stansiyası ərazisində yerləşən mağazaların birində satıcının mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Xəqani İsmayılov saxlanılıb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən olunub.
İyulun 23-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Şəmkir rayon sakini Ə.Abbasovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Astara rayon sakini Sirac Məmmədov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu Polis Bölməsinə təhvil verilib.
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 12-də Keşlə qəsəbəsi ərazisində “KİA” markalı bir avtomobildən pul, 2 ədəd mobil telefon və sənəd, iyulun 21-də M.Ağayev küçəsində “Ravon” markalı avtomobildən pul və mobil telefon, iyulun 22-də paytaxt sakini A.Quliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri Yalçın Şirəliyev, Famin Hacıyev və Bərdə rayon sakini Hümmət Əliyev saxlanılıblar.
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 21-də F.Məmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəhər sakini Zaur Məmmədov saxlanılıb.
Araşdırmalar aparılır.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












