Moped sürmək üçün sürücülük vəsiqəsi tələb olunacaq - VİDEO

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur. Bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik təklif edilib. Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Avtosfer.az xəbər verir ki, hazırda ölkədə minlərlə vətəndaş moped və kiçik mühərrikli nəqliyyat vasitələrindən istifadə edir. Amma onların əksəriyyətinin nə sürücülük vəsiqəsi, nə də qeydiyyat sənədi var.
Yeni qanun layihəsinə əsasən, 3 aydan sonra moped idarə etmək istəyənlər A1 kateqoriyalı sürücülük vəsiqəsi almalı olacaq.
Həmçinin, bu nəqliyyat vasitələri dövlət qeydiyyatına götürüləcək.
Motosiklet və mopedlərlə yük daşınmasına da məhdudiyyətlər qoyulur. Yəni nəqliyyat vasitəsinin uzunluğunu və ya enini 0,5 metrdən artıq keçən yük daşımaq qadağan ediləcək.
Nəqliyyat üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, bu qərar təhlükəsizlik baxımından vacib addımdır. Çünki bir çox hallarda moped sürücüləri nə özlərinin, nə də digərlərinin təhlükəsizliyini nəzərə alır.
Ekspertin sözlərinə görə, qayda pozuntuları, əks yola çıxma halları və yüklərin normadan artıq daşınması tez-tez baş verir. Yeni yanaşma bu problemlərin qarşısını almağa hesablanıb.
Beləliklə, yeni qaydalar həm təhlükəsizlik, həm də intizam baxımından mühüm yeniliklər gətirəcək.
Qanun layihəsi təsdiqlənsə, 2026-cı ilin əvvəlindən moped idarə etmək vəsiqəsiz mümkün olmayacaq.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












