“Moped sürücüləri kurs keçməli, yol hərəkət qaydalarını öyrənməlidirlər” - ŞƏRH

“Yol hərəkəti haqqında” qanunun 27-ci maddəsinə edilmiş əlavə və dəyişikliyə əsasən artıq moped idarə edən şəxslərdən də sürücülük vəsiqəsi tələb olunacaq. Bu qərarın qüvvəyə minməsi daşıma və çatdırılma şirkətlərinə mənfi təsir etdi. Xidmətdə gecikmələr, sürücülük vəsiqəsi olmayan işçilərin kənarlaşdırılması və s. nəticələr yarandı.
Maraqlıdır, moped sürücülərindən sürücülük vəsiqəsinin tələbinə nə dərəcədə ehtiyac var idi? Yeni tələblərin daha hansı təsirləri ola bilər?
Bununla bağlı oxu.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev xatırladıb ki, indiyə qədər mühərrikin həcmi 50 kub/sm-dən, sürəti 50-dən az olan nəqliyyat vasitələrinə görə dövlət nömrə nişanı və yaxud sürücülük vəsiqəsi tələb olunmurdu. Artıq bu nəqliyyat vasitələrinin sürücülərinin də vəsiqəsi olmalıdır:
“Bu, bəlli bir istiqamətdən baxdığımız zaman mənfi təsir kimi görünə bilər. Məsələn, çatdırılma şirkətləri, onların müştərilərinin şikayətlərini nəzərə alsaq, çətinliklər yarandı. Amma gəlin, moped sürücülərinin davranışları, məsuliyyətsizliyi, xaotik hərəkətlərini də gözümüzün qabağında canlandıraq. Nə qədər qayda pozuntuları, təhlükəli vəziyyətlər, ölümlə nəticələnən qəzalar, yaralanma, xəsarət alma faktları və s. misal çəkmək olar. Hamımız bunların şahidi olmuşuq və məsuliyyətsizliyin səbəbi kimi sürücülərin kurs keçməməsi, sürücülük qaydalarını, yol hərəkəti qaydalarını öyrənməməsi olduğunu bilirik. Çatdırılma xidmətində gecikmələr yaranıb deyə, öz həyatımızı, əzizlərimizin həyatını təhlükəyə ata bilmərik. Yəni, mövcud qərar, moped sürücülərindən sürücülük vəsiqəsi tələbləri doğru addımdır”.
Yasin Mustafayev hesab edir ki, moped sürən hər kəs bununla əlaqədar müəyyən kurs keçməlidir:
“Müvafiq biliklərə sahib olduqdan sonra həmin şəxslər imtahan verib, sürücülük vəsiqəsi əldə edə bilərlər. Bir daha qeyd etməliyik ki, qayda pozuntularının, qəzaların qarşısını almaq üçün qərarların sərtləşdirilməsinə getmək məcburiyyətindəyik.
Çatdırılma şirkətlərinin gecikmələri, xidmət sahəsində çətinliklər müvəqqəti xarakter daşıyır. Bir müddətdən sonra bütün istifadəçilər qaydaları öyrənib, sürücülük vəsiqəsi alacaqlar”.
Aeroportla Bakının əsas məntəqələri arasında servis avtobusları işləyəcək - SABAHDAN
Radikallar seçilsələr, lazımi addımlar atılacaq - İlham Əliyevdən sərt xəbərdarlıq
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakı-Masallı yolunda kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO








