Müasir disklərə kamer salmaq olarmı? - FOTO

Azərbaycanda son illərdə çox da xoş olmayan bir tendensiya müşahidə olunur. Bahalı avtomobillərin zədə almış təkərlərinə kamer salınaraq istismar olunur. Bəs bu nə qədər doğru addımdır?
Avtosfer.az xəbər verir ki, xarici mediaya istinadla xəbər verir ki, kamersiz şinlər üçün nəzərdə tutulmuş disklər kamerlilərdən fərqlidir. Son 30 ildə istehsal olunmuş bütün avtomobillərin təkərləri kamersizdir.
Kamersiz təkərlərin üstünlüyü olsa da, bəzi faktlar da nəzərə alınmalıdır. Pis yolda zərbə alan şin havanı saxlamır. Sürücü isə pula qənaət etmək üçün təkəri atmır, şinin içinə kamer yerləşdirərək istismar edir. Bu işdə təkər ustalarının da rolu böyükdür. Onlar bu yolla guya sürücünü “qabağa salırlar”.
Masir disklərə kamer salındıqda sürəti daxili sürtünmə nəticəsində ciddi aşınma baş verir. Bu da yüksək sürətdə hərəkət zamanı, xüsusən də yayda təhlükəlidir. Qızma və sürtünmə nəticəsində təkərin partlaması sürücünü riskə ata bilər.
Azərbaycanda çox təəssüf ki, sürücülər üçün təkərə münasibətdə əsas meyar protektorun naxışının qalınlığıdır. Bu meyar vacib olsa da, tək deyil. Şinlərin aldığı zərbə, istehsal ili, balansı və digər məsələlər də çox vacibdir.
İşin etik tərəfinə gəlincə: nə üçün 50 min manat və daha bahalı avtomobil sürən şəxs təzə təkər yerinə kamer almalıdır?
PS. Şəxsən “Audi”nin çox bahalı modelinə QAZ-24 kameri qoyan sürücüyə rast gəlmişəm.
Vüqar
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO













