SON DƏQİQƏ: Azərbaycan-Ermənistan sərhədində döyüşlər gedir - YENİLƏNİB
Gündəm
12 İyul 2020 16:54

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Avtosfer.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.
Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!
***
16:17
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Avtosfer.az xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib ki, hər iki tərəfdən itki var.
Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.
Oxunub : 1582
DİGƏR XƏBƏRLƏR
29 Sentyabr 2026 21:00
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
29 Sentyabr 2026 20:18
Tramp İranla münaqişədən DANIŞIB
29 Sentyabr 2026 19:30
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
29 Sentyabr 2026 18:30
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
29 Sentyabr 2026 18:06
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
29 Sentyabr 2026 13:41
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
29 Sentyabr 2026 10:44
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
28 Sentyabr 2026 22:06
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
28 Sentyabr 2026 21:00
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
28 Sentyabr 2026 18:30
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
28 Sentyabr 2026 18:03
Bu yollarda tıxac var - SİYAHI - FOTO
28 Sentyabr 2026 18:00
Quduzluqla mübarizə günü və sahibsiz itlər
ŞƏRH YAZ












