Naftalanda qazi özünü niyə yandırıb? – TƏFƏRRÜATLAR

Naftalanda özünü yandıran qazi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Vətən müharibəsi qazisi 1993-cü il təvəllüdlü İlkin Tağıyevin Naftalan şəhərinin yaxınlığındakı Qasımbəyli kəndində yaşayır. Onun müharibə zamanı qarın nahiyəsindən yaralandığı deyilir. Məlumata görə, İ.Tağıyev Naftalan şəhəri rəhbərliyindən sürətli olaraq ev və maşın istəyirmiş. İcra hakimiyyətindən isə ona mütəmadi olaraq, yardımlar edilsə belə ev və maşın almağın növbə ilə ola biləcəyini izah ediblər. Lakin qazi bu açıqlamalarla qane olmayıb və özünü yandırmağa qərar verib.
Qazinin əl nahiyəsinin yandığı qeyd edilir. Onu müalicə üçün dərhal Bakıya göndəriblər.
***
16:10
Prokurorluq Naftalanda özünü yandıran qazi ilə bağlı açıqlama yayıb.
Baş Prokurorluqdan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, iyunun 20-də Vətən müharibəsi iştirakçısı 1993-cu il təvəllüdlü İlkin Tağıyevin Naftalan şəhəri ərazisində üzərinə tez alışan maddə tökərək özünü yandırması faktı üzrə Goranboy rayon prokurorluğunda araşdırma aparılır.
***
saat 14:51
Naftalanda qazi özünü yandırıb.
Avtosfer.az-ın musavat.com -a istinadən verdiyi məlumata görə, Naftalanda özünü yandıran qazinin adı İlkindir.
Məlumatda qeyd edilir ki, hadisə az müddət öncə etiraz səbəbindən rayon icra hakimiyyətinin qarşısında baş verib. Lakin etirazın motivi haqda əlavə məlumat verilmir.
Bildirilir ki, qazinin vəziyyəti ağırdır və o, Bakıya gətirilir.
Şəhərin mərkəzinə maşınla gedənlərin NƏZƏRİNƏ: Bu tarixədək...
Bakının bu küçəsi Formula 1 həftəsində açıq olacaq
Antiterror əməliyyatlarında DİN-in real döyüş KADRLARI - VİDEO
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - FOTO
Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO
Metroda gedişhaqqı artırılır? – Ekspertdən AÇIQLAMA
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO












