Nardaranda şəhidin dəfn mərasimində nə baş verib? - DİN-dən açıqlama - VİDEO

Altı aydır hospitalda müalicə alan Şuşa uğrunda gedən döyüşlərdə yaralanan Nardaran qəsəbəsi sakini Hüseyn Xəlilov şəhid olub. Şəhidini yola salmağa toplaşan yerli kənd sakinləri ilə polis arasında xoşagəlməz hadisə yaşanıb. Sakinlərin iddiasına görə, polis onların toplanmasına icazə verməyib və dəfində iştirak etmək istəyənləri həbs edib.
Məsələylə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, digər şəhidlərimiz kimi H.Xəlilovun da dəfn mərasimi ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilib: "Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb ağır yaralanan qazimiz Hüseyn Xəlilov həkimlərin səyinə baxmayaraq dünən şəhidlik zirvəsinə ucalıb. Dəfndə yalnız şəhidin yaxın qohumları iştirak edib. Buna baxmayaraq bir qrup insanın da dəfnə qatılmağa cəhd etməsi xüsusi karantin qaydalarına zidd olub.
Buna görə də polis həmin şəxsləri saxlayıb. Onlarla izahedici söhbətlər aparılıb və hamısına xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Dəfndə saxlanılan və ya həbs edilən olmayıb. Eyni zamanda, heç bir insident və qarşıdurma halı qeydə alınmayıb".
Aysel
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












