Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan keçmiş məhkum saxlanılıb - FOTO

İsmayıllı rayon sakinindən 3 kiloqramdan artıq narkotik vasitə götürülüb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan keçmiş məhkum saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, keçirilən əməliyyat zamanı İsmayıllı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Şafiq Talıbov şübhəli şəxs kimi saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman sellofan torbada ümumi çəkisi 3 kiloqramdan artıq narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Ş.Talıbov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO














