Nazir müavini: “Əgər dərman aylarla gömrükdə qalırsa...”

“Əgər dərman aylarla gömrükdə qalırsa, bu, həqiqətən, ciddi problemdir”.
Bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.
O, ötən iclasda deputatlardan birinin gömrüklə əlaqədar qaldırdığı məsələyə və xaricdən gətirilmiş dərmanların aylarla gömrükdə qalması ilə bağlı fikirlərinə toxunub.
R.İsmayılov xatırladıb ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dərman vasitələrinin ekspertizasının aparılması qaydaları mövcuddur. Həmin qaydalara görə, idxal olunan dərmanlar 20 günədək müayinə olunmalı və ölkəyə idxalına icazə verilməlidir.
Nazir müavini bu barədə Dövlət Gömrük Komitəsi ilə müzakirələr aparacağını vurğulayıb. O, həmçinin, dərmanların aylarla gömrükdə qalması ilə bağlı Səhiyyə Nazirliyində məlumat olmadığını qeyd edib. (report)
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












