Bu dövlət qurumunun xidməti avtomobilləri LƏĞV EDİLDİ

Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 18 iyul 2011-ci il tarixli qərarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti) dəyişdirilib.
Belə ki, Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətini mərkəzi aparatı üçün avtomobillərin sayı 18-dən 13-ə, qurumun ərazi və yerli bölmələri üçün avtomobillərin sayı isə 15-dən 10-a endirilib.
Əvəzində nazirliyin Dövlət Xəzinədarlığı Agentliyinin avtomobillərinin sayı 15-dən 26-ya, qurumun ərazi və yerli bölmələri üçün avtomobillərin sayı isə 12-dən 23-ə çatdırılıb.
Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin xidməti minik avtomobillərindən istifadə hüququ isə ləğv edilib.
Aeroportla Bakının əsas məntəqələri arasında servis avtobusları işləyəcək - SABAHDAN
Radikallar seçilsələr, lazımi addımlar atılacaq - İlham Əliyevdən sərt xəbərdarlıq
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakı-Masallı yolunda kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEO
Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur - Prezident - VİDEO
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO










