Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT

Neftin dünya bazarındakı qiyməti Azərbaycanın dövlət büdcəsinin gəlirlərinə təsir edən əsas amillərdən biridir. 2027-ci il dövlət büdcəsinin ilkin hesablamalarında “Azeri Light” markalı neftin 1 bareli üçün 65 dollar qiymət nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, 2027-ci il büdcəsində neftin qiymətinin 65 dollar götürülməsi və dünya bazarında neftin qiymətində baş verə biləcək dəyişikliklərin büdcə gəlirlərinə təsiri gündəmdədir. Bəs neftin qiymətinin dəyişməsi 2027-ci ildə dövlət büdcəsinin gəlirlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov Avtosfer.az-a açıqlamasında bildirib ki, hazırda neftin dünya bazarındakı qiyməti yüksəkdir:

''Bunun əsas səbəblərindən biri Hörmüz boğazında yüklərin daşınması ilə bağlı yaranan çətinliklərdir. Eyni zamanda, İran müharibəsi və digər siyasi faktorlar da neftin qiymətinə birbaşa təsir göstərir. 2027-ci il dövlət büdcəsində bir barel neftin qiymətinin 65 dollar nəzərdə tutulması Azərbaycan hökumətinin növbəti il üçün konservativ fiskal siyasəti davam etdirəcəyindən xəbər verir. Bu yanaşma risklərin daha aşağı səviyyədə saxlanılması və qiymət proqnozlarının daha ehtiyatlı müəyyənləşdirilməsi kimi xarakterizə oluna bilər. Təbii ki, hazırda neftin qiyməti yüksəkdir. Lakin qiymətin yüksək olması, hətta büdcədə nəzərdə tutulan qiymətdən yuxarı olması dövlət üçün hər hansı risk yaratmır. Əksinə, əlavə vəsait Dövlət Neft Fondunda toplanır və Azərbaycanın strateji valyuta ehtiyatlarının artırılmasına imkan yaradır''.
Deputat qeyd edib ki, 2027-ci il üçün də beynəlxalq təşkilatların proqnozlarına əsasən, əgər Hörmüz boğazında daşınmalarla bağlı çətinliklər, İran müharibəsi və İrana bağlı gərginlik aradan qalxarsa, neftin qiymətinin 60–70 dollar intervalında dəyişəcəyi gözlənilir:
''Lakin regionda, xüsusilə Yaxın Şərqdə gərginlik davam edərsə, neftin qiymətinin daha yüksək olacağı proqnozlaşdırılır. Neftin qiymətinin yüksək olması büdcə gəlirlərinin reallığı baxımından hər hansı risk və ya çətinlik yaratmır. Əksinə, ölkəyə daha çox valyuta daxil olur. Bu da dövlət valyuta ehtiyatlarının artmasına və büdcə gəlirlərinin daha dayanıqlı formalaşmasına imkan verir. 65 dollar konservativ yanaşma olsa da, mövcud şəraitdə siyasi risklərin nəzərə alınması baxımından uyğun qiymətdir''.
Fatimə
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO












