Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları mövzusunda təlim keçirilib - FOTO

Ötən gün Yevlaxda Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin Hazırlıq Planına və 2023-2025-ci illər üçün Aran Regional Mərkəzi ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin qarşılıqlı fəaliyyət planına əsasən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirilib.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, təlim Yevlax Dəmiryol Stansiyasının Yükdaşıma Departamenti Stansiyalarının idarəedilməsi xidmətinin Qərb sahəsinin 1-ci sinif Yevlax stansiyasının yük həyətində baş tutub.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, “Azərbaycan Dəmir Yolları” QSC-nin Yük daşımaları departamenti Stansiyaların idarə edilməsi xidməti Qərb sahəsinin rəisi Ruslan Abdullayev,Yük daşımaları departamenti Stansiyaların idarə edilməsi xidməti Qərb sahəsinin I sinif Yevlax stansiyasının rəisi Kamil Səfərov və digər qurumların əməkdaşları iştirak ediblər. Təlimə ADY-nin mülki müdafiə qüvvələri, o cümlədən yanğınsöndürmə qatarı və şəxsi heyəti, təcili tibbi yardım maşını, Dövlət Yol Polisinin əməkdaşları və tibbi personal cəlb olunub. Təlimin keçirilməsində məqsəd Mərkəzin şəxsi heyətinin və Dəmiryol Stansiyası heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş və peşə qabiliyyətinin yüksəldilməsi, nəqliyyat qəzaları zamanı baş vermiş texnogen xarakterli fövqəladə halların qarşısını alınması, nəticələrin aradan qaldırılması, qüvvə və vasitələrin tətbiq olunması və hər iki qurum arasında qarşılıqlı fəaliyyətin təşkil olunmasından ibarət olmuşdur.Təlim zamanı qatarla minik maşınının toqquşması zamanı xəsarət alanlar xilas edilib.Qəzadan sonra ərazidə baş vermiş yanğın yanğın mühafizə hissəsinin yanğın söndürənləri tərəfindən söndürülüb,ətraf tikilər yanğından mühafizə edilib.Təlimə ümumilikdə Aran Regional Mərkəzi ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Yevlax Dəmiryol Stansiyasının 11 texnikası və 65 nəfər şəxsi heyəti cəlb olunmuşdur. Ümumilikdə tədbirdə 15 texnika və 110 nəfər şəxsi heyət iştirak edib. Təlim uğurla başa çatıb.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...






















