“Nikosayağı”nın düşdüyü qəzada öldüyü deyilən Ruslan: “Ölən başqa şəxsdir”

Bu gecə paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil qarşıda gedən “Scania” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində avtomobili idarə edən Nicat Şakirlinin sərnişini - Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib. “Nikosayağı” kimi tanınan Nicat Şakirlinin isə sağ qolu dirsəkdən aşağı amputasiya olunub.
Qəza baş verən zaman bəzi xəbər səhifələri yanlışlıqla Ruslan adlı başqa bir şəxsin şəklini dərc edərək, onun öldüyünü tirajlayıblar. Əslində həmin şəxs nə qəza baş verən zaman orada olub, nə də hər hansı bir xəsarət alıb.
Barəsində ölüm xəbəri yayılan Ruslan Aslanovun sosial şəbəkələrdə səsyazısı paylaşılıb.
O, Nicatla yaxın dost olsa da qəza zamanı orada olmadığını bildirib: “Mən hadisə olan vaxt evdə idim və yatırdım. Gecə saatlarında mənə zənglər gəlməyə başladı və hamı məndən halımı soruşdu. Sonra xəbər tutdum ki, bəzi səhifələr yanlışlıqla mənim şəklimi paylaşaraq ölüm xəbərimi yayıblar.
Buna görə mənim ailə üzvlərim də çox narahat olub. Lakin qəzada dünyasını dəyişən başqa Ruslandır. Onun soyadı Məmmədovdur. Allah ona rəhmət eləsin, Nikoya isə şəfa versin”. (oxu.az)
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












