NİİM maşınların qadağan edilən yerlərdə parklanması ilə bağlı müraciət edib - VİDEO

“Yaxınlıqda yeraltı və ya yerüstü dayanacaqlar olmasına baxmayaraq, bəzi sürücülər avtomobillərini yolun hərəkət hissəsində, eləcə də dayanma və durmanı qadağan edən nişanın təsir zonasında park edirlər. Yollarda sıxlığın yaranmasına səbəb olan növbəti amillərin araşdırılması zamanı məlum olub ki, bir çox sürücülər nəqliyyat vasitələrini dayanacaqlarda park etmək əvəzinə, nədənsə yolun hərəkət hissəsində, xüsusilə də dayanma və durmanın qadağan edildiyi yerlərdə saxlamağa üstünlük verirlər”.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumatda həmçinin deyilir: “Məsələn, Nəsimi rayonu ərazisində, “Qış parkı”nın altında Bakının ən böyük yeraltı dayanacaqlarından biri olmasına baxmayaraq, bəzi sürücülər avtomobillərini Füzuli küçəsində, yolun hərəkət hissəsində park edirlər. Nizami rayonu, Qara Qarayev prospekti, “8-ci kilometr” bazarının yaxınlığında çoxmərtəbəli dayanacaq olmasına baxmayaraq, sürücülərin bir çoxu nəqliyyat vasitələrini dayanacaqda deyil, yolun hərəkət hissəsində saxlayırlar. Metronun “28 may” və “Koroğlu” stansiyalarının yaxınlığında, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində yerləşən ticarət mərkəzinin qarşısında və bu kimi digər yerlərdə dayanacaqlar mövcuddur, lakin sürücülər yol hərəkəti qaydalarına əməl etmirlər.
Göründüyü kimi, bəzi sürücülərin məsuliyyətsizliyi, nəqliyyat vasitələrini parklanma üçün müəyyən edilmiş yerlərdə saxlamaması səbəbindən paytaxtın bir sıra ərazilərində sıxlıq yaranır. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən göstərilənləri nəzərə almağı, yeraltı və yerüstü dayanacaqlardan istifadə etməyi xahiş edir”.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










