Növbəti koronavirus pandemiyasına yol aça biləcək virus aşkarlanıb

Amerikalı alimlər insan üçün potensial təhlükə yaradan yeni koronavirus aşkarlayıblar. Avtosfer.az-ın APA-ya istinadən xəbərin görə, bu barədə təhqiqatın nəticələri “Nature Communications” elmi jurnalında dərc edilib. HKU5-CoV-2 adlandırılan bu virus yalnız bir mutasiya ilə insan hüceyrələrinə daxil ola və növbəti pandemiyaya səbəb ola bilər. HKU5-CoV-2 virusu MERS-CoV virusuyla eyni ailəyə aiddir. Qeyd edək ki, MERS virusu insanlara əsasən dəvələrdən keçir və yoluxanların üçdə biri həyatını itirir. Bu viruslar əsasən ağır tənəffüs problemlərinə səbəb olur və yüksək ölüm riski daşıyır. HKU5-CoV-2 virusu ilk dəfə Çində laborotoriyada aşkarlanıb. Virusa hazırda yalnız yarasalar yoluxur. Lakin bir mutasiyadan sonra, yəni virusun zülal strukturunda cüzi dəyişiklik olsa, insan orqanizmindəki ACE2 reseptorları vasitəsilə yoluxa bilər. Bu reseptorlar insanın burnu, boğazı və ağız boşluğunda yerləşir və COVID-19 virusu da bu reseptorlar vasitəsilə insan orqanizminə daxil olur.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












