Ödəniş terminalları ilə bağlı YENİ QAYDALAR

Ödəniş terminalları vasitəsilə ödəniş xidmətlərinin göstərilməsinin yeni qaydaları müəyyən edilir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ödəniş xidməti təchizatçısı ödəniş xidmətlərini ödəniş terminalları vasitəsilə göstərdikdə ödəyicidən qəbul olunmuş pul vəsaitini vəsait alanla bağladığı müqavilədə ayrı müddət nəzərdə tutulmadıqda (müqavilədə nəzərdə tutulan müddət 5 (beş) iş günündən artıq ola bilməz) növbəti əməliyyat günündən gec olmayaraq vəsait alanın ödəniş hesabına köçürməlidir. Mərkəzi Bank tərəfindən müəyyən edilən hallar istisna olmaqla, ödəniş terminalı ödəniş xidməti istifadəçisini ödəniş əməliyyatını təsdiq edən məlumatla təmin etməlidir.
Ödəniş terminalları vasitəsilə aparılan ödəniş əməliyyatlarını təsdiq edən məlumatlara dair tələblər və məlumatların təqdim edilməsi qaydası Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.
Modern.az
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












