Ödənişsiz parkinqlərdən kimlər istifadə edə bilər? - AYNA CAVABLADI

“Yaşadığım binanın həyətindəki parkinqdən istifadə etməyimə icazə verilmir”. Avtosfer.az xəbər verir ki, bu barədə Lent.az-a daxil olan şikayətdə bildirilib. Vətəndaş qeyd edir ki, o, məcburi köçkündür və hazırda paytaxtda yaşayır. Bu yaxınlarda yaşadığı binanın həyətində yerləşən imtiyazlı parkinqdən istifadə etmək istəsə də, ona icazə verilməyib. Bildirilib ki, “müvəqqəti yaşayış yeri olanlar parklanma ərazisindən istifadə edə bilməzlər”.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər:
“Eyni zamanda, bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, digər hallarda imtiyazlar nəzərdə tutulmayıb”.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












