Orta Dəhliz Çin və Avropanı birləşdirən ən qısa yoldur - Ekspert

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri ikitərəfli praktik əməkdaşlığın davam etdirilməsini təsdiqləyir: istər Orta Dəhliz olsun, istərsə də süni zəka, elektrikli nəqliyyat vasitələri və sair kimi gələcəyə yönəlmiş layihələr üzrə əməkdaşlıq.
Avtosfer.az xəbər verir ki, bu sözləri çinli ekspert, Taihe İnstitutunun həmtəsisçisi Van Quan “AZƏRTAC”a açıqlamasında deyib.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tranzit daşımalardakı rolunun getdikcə artdığını vurğulayan ekspert deyib:
“Orta Dəhliz haqqında düşünsək, bu, Çin və Avropanı birləşdirən ən qısa yoldur. Hazırda geosiyasi təlatümlər və qeyri-müəyyənlik ilə xarakterizə olunan Şimal marşrutu ilə getsəniz, bu, 20 gün çəkəcək, Cənub marşrutu olan dəniz yolu ilə səyahət edirsinizsə, bəzən 60 gün çəkir. Beləliklə, Şanxaydan Amsterdama mal göndərmək istəyən iş adamı üçün Azərbaycanın çox əlverişli strateji mövqeyə malik olduğu Orta Dəhliz ən qısa marşrut olacaq. Orta Dəhlizin tikintisini davam etdirmək dünya ticarətinin gələcəyi üçün çox vacibdir. Bu, həm də bəzi ölkələrin tətbiq etdiyi birtərəfli yanaşma səbəbindən dünya ticarətində şübhə, narahatlıq və qeyri-müəyyənliyin olduğu bir dövrdə müsbət bir siqnaldır.
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO










