Orta Dəhliz ilə daşınan konteyner blok-qatarlarının sayı 30 dəfədən çox artıb - ADY

Ötən il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) üzrə daşınan konteyner blok-qatarların sayı 30 dəfədən çox artıb.
Avtosfer.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti “ADY Express” MMC-nin Baş əməliyyat inzibatçısı Rəşad Məcidov Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi çərçivəsində təşkil olunan “Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması” panel müzakirəsində deyib.
Onun sözlərinə görə, ADY, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) və digər tərəfdaşlar gözlənilməz dərəcədə artan yükləri idarə etmək çağırışı ilə üzləşiblər: “Ötən il Orta Dəhliz marşrutu ilə 390 blok-qatar hərəkət edib. Müqayisə üçün qeyd edim ki, 2023-cü ildə bu rəqəm cəmi 10–12 blok-qatar idi. Bu isə təxminən 30 dəfədən çox artım deməkdir”.
R. Məcidov əlavə edib ki, bu kəskin artım regionda baş verən geosiyasi dəyişikliklərlə bağlı olaraq qəfil və gözlənilmədən baş verib: “Bütün bu çətinliklərə baxmayaraq, ADY bütün tərəfdaşları ilə birlikdə bu artan həcmləri uğurla idarə edə bilib”.
Xatırladaq ki, 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq.
Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












