Orta Dəhliz üzrə konteyner yüklərinin daşınması üçün xüsusi tariflər təklif edilir

Aktau Dəniz Ticarət Limanı Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa istiqamətində konteynerlərdə yüklərin daşınması üçün 2024-cü il üçün xüsusi tariflərin müəyyən edilməsini təklif edir.
“Report” bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, Qazaxıstandan keçən dəhlizlərinin inkişafı məqsədilə “Kazaxstan Temir Jolı” milli şirkəti hər il bazar şəraiti, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə tranzit daşımalarda rəqabətqabiliyyətli tarif şərtlərini nəzərdən keçirir və qəbul edir.
Nəqliyyat Nazirliyindən verilən məlumata görə, Aktau limanının təklif etdiyi tariflərlə 20 futluq konteynerlərin 1 konteyner üçün 60 ABŞ dolları (ƏDV nəzərə alınmadan), 40 futluq konteynerlərin 1 konteyner üçün 80 ABŞ dolları (ƏDV nəzərə alınmadan) məbləğində daşınması nəzərdə tutulur.
Bununla yanaşı, Kurık dəniz limanı zəmanətli yük həcmi olduğu halda yükgöndərənlər/yükdaşıyanlar üçün güzəştli şərtlərin təmin edilməsi imkanlarını nəzərdən keçirməyə hazırdır.
“Üstəlik, Aktau və Kurık dəniz limanları vasitəsilə beynəlxalq daşımaların logistikasını inkişaf etdirmək məqsədilə 2024-cü ildə türkiyəli və çinli tərəfdaşları cəlb etmək yolu ilə TBNM marşrutu üzrə vahid nəqliyyat-logistika şirkətinin yaradılması planlaşdırılır”, - nazirliyin məlumatında vurğulanıb.
Xatırladaq ki, ötən gün Qazaxıstan hökuməti ölkənin dəniz infrastrukturunun inkişafı üzrə 2024-2028-ci illər üçün Kompleks Planı təsdiqləyib. Bu planla 2029-cu ilə qədər Aktau və Kurık limanlarının ötürücülük qabiliyyətinin ildə 21 milyon tondan 32 milyon tona, o cümlədən konteyner daşıma qabiliyyətinin ildə 200 min TEU-dək artırılması nəzərdə tutulur.
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










